“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bir vaxtlar çalışdırdığı “Barselona”ya mümkün qayıdışı ilə bağlı sualı cavablayıb.
Arena.az “Barça Universal” dərgisinə istinadən, 54 yaşlı ispan mütəxəssisin müvafiq cavabını təqdim edir:
“Hər şey bitib. Əbədilik bidib. Bu, gözəl idi, amma hər şey başa çatıb”, deyə “Pep” cavabı ilə “blauqrana” azarkeşlərini pərişan edib.
Xatırladaq ki, ispan mütəxəssis 2018-2022-ci illərdə “Barselona”nın sükanı arxasında olub və “blauqrana”ya bütün mümkün ali klub qənimətlərini qazandırıb.