EN

"Tea" Tətbiqində Şok Sızıntı: Özəl Fotolar və Kimliklər Ortalığa Saçıldı

"Tea" tətbiqində Şok sızıntı: Özəl fotolar və kimliklər ortalığa saçıldı

Milyonlarla qadının istifadə etdiyi məşhur flört və məlumat paylaşım tətbiqi Tea, böyük bir məlumat sızması ilə silkələndi. Tea rəhbərliyinin verdiyi açıqlamaya görə, tətbiqin sisteminə daxil olan hakerlər 72 min istifadəçiyə aid vizual məlumatlara çıxış əldə ediblər. Sızdırılan görüntülər arasında 13 min selfi və şəxsiyyəti təsdiqləmə zamanı yüklənmiş fotoşəkillər də var.İnternetin qaranlıq tərəfi bu dəfə 4 milyon qadın istifadəçiyə sahib Tea tətbiqini hədəfə aldı. Flört və şəxsi məlumat paylaşımına imkan verən bu populyar platforma böyük bir kiberhücumla qarşı-qarşıya qaldı.Tətbiqin rəsmi açıqlamasına görə, hakerlər 72 min şəxsi foto və vizual kimlik sənədlərinə çıxış əldə ediblər. Bu məlumatlar arasında 13 min selfi, həmçinin istifadəçilərin özlərini təsdiqləmək üçün sistemə yüklədikləri şəxsiyyət vəsiqəsi şəkilləri də mövcuddur. Bu isə, istifadəçilərin həm mənəvi, həm hüquqi təhlükə ilə qarşı-qarşıya qaldığını göstərir. Mütəxəssislər xəbərdarlıq edir:Bu cür hadisələr şəxsi məlumat təhlükəsizliyinə nə qədər diqqət yetirilməsinin vacibliyini bir daha xatırladır. Çünki internetdə yüklənən hər bir foto, hər bir sənəd düzgün qorunmadıqda, istənilən zaman kütləvi şəkildə ifşa oluna bilər.Ulusum.az

Diqqət Çəkənlər

Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu

Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir

Qütb sirləri açılır: Əriyən buzların altından nəhəng balina qəbiristanlığı çıxdı

Chosen
10
ulusum.az

1Sources