EN

Vətəndaşların pensiyaya çıxış imkanları xeyli asanlaşıb -

"Son illər ərzində həyata keçirilən pensiya islahatları həm əhalinin geniş kateqoriyalarının sosial müdafiəsi baxımından mühüm müsbət nəticələrə səbəb olub, həm də iqtisadi cəhətdən əhəmiyyətli təsir göstərib". Bunu iqtisadçı Elşad Məmmədov Metbuat.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, daxili bazarın qorunması, stimullaşdırılması, alıcılıq qabiliyyətinin qorunması deməkdir ki, bunun iqtisadiyyatda da müvafiq müsbət effektləri görünməkdədir: “Bu sahədə təkcə maliyyə deyil, həm də keyfiyyət amillərinə xüsusi diqqət yetirilməlidir. Belə ki, pensiyaların proaktiv təyinatı, eyni zamanda erkən pensiyaya çıxan kateqoriyaların sayının onlara ödənişlər reallaşdırılarkən əmsalın 0,44-ə endirilməsi - bunun özü də, o cümlədən həmin kateqoriyaların pensiyaların həcmində də artımları özündə ehtiva edir”. E.Məmmədovun fikrincə, proaktiv pensiya təyinatı vətəndaşların pensiyaya çıxış imkanlarını xeyli asanlaşdırıb və bu, həm rahatlıq, həm də əlçatanlıq baxımından ciddi irəliləyişdir: “Ümumilikdə 1 milyon 100 min nəfərin proaktiv və effektiv şəkildə pensiya təminatı ilə əhatə olunması, şübhəsiz ki, güclü infrastruktur tələb edir və son illər ərzində biz bu infrastrukturun şəffaf və səmərəli idarəetmə nəticəsində formalaşmasının şahidi olduq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
8
metbuat.az

1Sources