EN

Depressiyanın səbəbi gündəlik istifadə etdiyimi bir məhsul ola bilər Psixiatrdan xəbərdarlıq

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qida rasionumuzda geniş yer alan bəzi məhsullar beynin fəaliyyəti və psixi sağlamlıq üzərində ciddi təsir göstərə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Merilend Universitetinin Tibb Məktəbində psixi xəstəliklər üzrə professoru Dianna L. Kelli "The Telegraph" nəşrinə danışıb. Onun sözlərinə görə, tərkibində qlüten olan məhsullar bir sıra psixi simptomlarla əlaqələndirilə bilər.

Professor Kelli bu fikrə II Dünya müharibəsi dövründə buğda qıtlığı zamanı psixi pozuntularla xəstəxanaya yerləşdirilənlərin sayının azalmasını araşdırarkən gəlib. Daha sonra o, 1970-ci illərdə psixiatr Körtis Dohan tərəfindən aparılmış araşdırmaları öyrənib. Dohan qeyd edib ki, bəzi insanlar buğdasız pəhrizlə şizofreniyadan sağalıblar. Həmçinin Papua-Yeni Qvineya adalarında buğda istehlakı olmayan ərazilərdə şizofreniya hallarının çox az olduğu müşahidə olunub.

Daha sonralar Kelli qlütenə qarşı bədənin verdiyi immun cavabları – xüsusilə antitelləri – araşdıran geniş klinik tədqiqat aparıb və şizofreniyadan əziyyət çəkən şəxslərin orqanizmində bu antitellərin səviyyəsinin çox yüksək olduğunu müəyyən edib.

Professor bu nəticələrə əsaslanaraq beyin funksiyası ilə qlütenə həssaslıq arasında mühüm əlaqənin olduğunu düşünür. Hətta bu barədə həm müəllif olduğu "Beynini taxıldan azad et" adlı kitabı da var.

Qluten – buğda, arpa və çovdar kimi taxıllarda olan zülallar qrupudur. Çörək, makaron, şirniyyat və digər un məhsulları bu qruplara daxildir. Qlütenə qarşı həssaslığı olan insanlarda orqanizm bu zülalı yad cisim kimi qəbul edir və ona qarşı immun cavab verir. Bu zaman yaranan iltihab bağırsaq divarına zərər vuraraq "sızan bağırsaq sindromu" yaradır. Beləliklə, yaranan antitellər qan dövranına, oradan isə beyinə keçərək "beyin dumanı", yorğunluq, emosional qeyri-sabitlik, təşviş, əhval dəyişkənliyi, halüsinasiyalar və hətta dərmanlara tabe olmayan qıcolma tutmaları yarada bilər.

Bəzi hallarda bu antitellər beyin toxumasındakı reseptorlarla qarşılıqlı təsirə girərək autoimmun reaksiyaya səbəb olur – yəni bədənin özü beyin hüceyrələrinə hücum edir.

Bağırsaq - ikinci beyin

Depressiya və təşviş pozuntuları başqa bir mexanizmlə də izah edilir. Belə ki, serotonin – əhval-ruhiyyəni tənzimləyən neyromediator – 95%-ə qədər bağırsaqda sintez olunur və bu proses bağırsaq mikrobiomundan asılıdır. Qlütenin yaratdığı iltihab bağırsaq mikroflorasını pozaraq serotonin sintezini azaldır, bu da əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər.

Baxmayaraq ki, bütün psixi və ya nevroloji simptomlar qlütenlə bağlı deyil, Kelli vurğulayır ki, artan sayda tədqiqatlar psixi pozuntularda iltihabi komponentin olduğunu təsdiqləyir və qlüten bu proseslərdə rol oynaya bilər.

Ən çox rast gəlinən şikayətlər: "beyin dumanı", təşviş, depressiv hallar, baş ağrısı və ya miqren, oynaq ağrılarıdır. Diqqət çatışmazlığı və hiperaktivlik sindromu (SÇHS) və ya şizofreniyalı şəxslərdə də çox zaman çölyak xəstəliyi və ya qeyri-çölyak qlüten həssaslığı müşahidə olunur.

Tədqiqatlar göstərir ki, şizofreniya diaqnozu qoyulan pasiyentlərin 30%-ə qədəri qlütenin tərkib hissəsi olan gliadina qarşı antitellərə sahibdir. Bu şəxslərin çoxu qlüteni rasiondan çıxardıqdan sonra – təxminən 3 həftə ərzində – əhval-ruhiyyələrinin yaxşılaşdığını bildiriblər.

Bununla belə, Kelli vurğulayır ki, qida rasionunda dəyişiklik etməzdən əvvəl mütləq həkim və ya diyetoloqla məsləhətləşmək lazımdır. Çünki bir çox qlütenli məhsullar orqanizm üçün vacib olan fol turşusu və digər qida maddələri ilə zəngindir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
qaynarinfo.az

1Sources