EN

Türkiyə nəhəngi Artyom Dobvik üçün hərəkətə keçdi

Türkiyə Super Liqasının nəhənglərindən olan "Beşiktaş" ukraynalı hücumçu Artyom Dobvikin transferi üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, "Beşiktaş" rəhbərliyi hücum xəttini gücləndirmək məqsədilə Dobvikin mövcud durumu ilə yaxından maraqlanır.

Bu barədə məlumatı İtaliyanın məşhur "Calcio Mercato" nəşri yayıb.

Futbolçunun transfer dəyərinin 20-25 milyon avro civarında olduğu bildirilir.

Qeyd edək ki, 26 yaşlı forvard İtaliya A Seriyasında göstərdiyi performansla diqqət mərkəzinə düşüb.

Kamil Xudiyev

Chosen
8
fanat.az

1Sources