EN

Həmkəndlilərin mübahisəsi ölümlə nəticələndiVİDEO

Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində qətl hadisəsi törədilib. 

Xezerxeber.az-ın məlumatına görə, həmkəndlilərin mübahisəsi ölümlə nəticələnib.

Rayonun Çənlibel qəsəbəsində 63 yaşlı İlham Mirzəyevlə 47 yaşlı Habil Kərimov arasında mübahisə düşüb. Daha sonra mübahisə daha da böyüyüb və İlham Mirzəyev Habil Kərimovun boyun nahiyəsindən bıçaq zərbəsi endirib.

Ağır xəsarət alan Habil Kərimov hadisə yerində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən 63 yaşlı İlham Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  



 

Chosen
9
xezerxeber.az

1Sources