EN

Ukraynanın dövlət borcu kəskin artdı

İyun ayında Ukraynanın dövlət borcu təxminən 4 milyard dollar artıb.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin iyun ayında Ukraynanın dövlət və dövlət zəmanətli borcunun məbləği 181,73 milyard qrivna və ya 3,88 milyard dollar artıb:

“Bununla da Ukraynanın dövlət və dövlət zəmanətli borcu 7,697 trilyon qrivna və ya 184,84 milyard dollar təşkil edib”.
Chosen
27
8
sherg.az

9Sources