Yenidən aranjiman olunmuş “Sumqayıt” mahnısını artıq bütün musiqi platformalarında dinləmək mümkündür. 

Offsideplus.az xəbər verir ki, 1950-ci ildə Nəsib Cəfəroğlunun sözlərinə və Səid Rüstəmovun musiqisinə bəstələnmiş məşhur “Sumqayıt” mahnısı Peşəkar Futbol Liqasının sifarişi ilə yenidən aranjiman olunaraq, ilk dəfə Azərbaycan Kubokunun 2024/25 mövsümünün finalında – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Dervish Band" tərəfindən səsləndirilib.

Peşəkar Futbol Liqasının sumqayıtlı futbol azarkeşlərinə hədiyyə etdiyi unudulmaz ifanı artıq bütün musiqi platformalarından dinləyə bilərsiniz. 

Videonu təqdim edirik: