EN

“Aeroflot”un sisteminin çökməsi Bakı aeroportunun işinə təsir etməyib - AÇIQLAMA

Bakı. Trend:

Rusiyanın “Aeroflot” hava yolları şirkətinin informasiyasistemində baş verən xətaya görə reyslərini təxirə salmasıHeydər Əliyev Beynəlxalq Aeroportunun fəaliyyətinə heç bir təsirgöstərməyib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Heydər ƏliyevBeynəlxalq Aeroportundan bildirilib.

"Aviaşirkətin bütün reysləri qrafik və ya proseslərdə dəyişiklikedilmədən adi rejimdə qəbul edilir və onlara xidmət göstərilir", -hava limanından bildirilib.

Qeyd medək ki, Rusiyanın “Aeroflot” hava yolları şirkətiinformasiya sistemində baş verən xətaya görə Moskvadan 42 havareysini təxirə salıb. Aviaşirkət reyslər barədə aktual məlumatlarıaeroportun rəsmi saytından dəqiqləşdirməyə çağırıb.

Chosen
19
7
az.trend.az

8Sources