EN

Keçmiş məcburi köçkün: Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı

Köçkünlük illərində doğulub boya-başa çatdığım yurdumun həsrətini çəkir, bu yerlər üçün çox darıxırdım. Kəndimin cığırlarını, yollarını, ağaclarını, bulaqlarını düşünürdüm. Bu gün çox xoşbəxtəm, yurd həsrəti sona çatdı.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Xocalının Ballıca kəndinə köç edən Şahmar Həsənov deyib.

“Otuz iki ildən sonra yurdumuza sevinə-sevinə qayıdırıq. Sevincimizin həddi-hüdudu yoxdur. Bu hissləri bizə yaşadan Prezidentimizə minnətdarlığımı bildirir, Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, - deyə o qeyd edib.

3Sources