EN

Bürclərdən 5-i pul, 3-ü sevgi tapacaq! Digərləri isə... ŞOK PROQNOZ

Türkiyəli məşhur astrolog Dinçer Güner iyulun sonu və avqustun ilk günləri üçün 12 bürc üzrə yeni proqnozlarını açıqlayıb. O bildirib ki, qarşıdakı günlər bəzi bürclər üçün sevgi, pul və daxili rahatlıq baxımından önəmli dəyişikliklər vəd edir. Onun sözlərinə görə, 3 bürc sevgi münasibətlərində xoş hadisələrlə qarşılaşacaq, 5 bürc maliyyə baxımından irəliləyiş yaşayacaq, 4 bürc isə ruhən sakitlik və daxili balans tapacaq.

Yenisabah.az həmin bürcləri təqdim edir:

Sevgi baxımından ulduzları parlayan bürclər Şir, Əqrəb və Tərəzi olacaq. Bu bürclərdə olanlar yeni münasibətlərə başlaya, köhnə bağları yenidən canlandıra və romantik sürprizlərlə qarşılaşa bilər. Astrolog qeyd edir ki, bu bürclər üçün emosional yaxınlıq və duyğusal ahəng ön planda olacaq.

Maddi qazanc və bolluq enerjisi daşıyan bürclər isə Qoç, Buğa, Əkizlər, Oğlaq və Balıqdır. Bu şəxslərin qarşısına yeni iş imkanları çıxa, gözlənilməz gəlirlər əldə oluna bilər. Pul axını ilə bağlı müsbət dəyişikliklər xüsusilə bu bürclərdə özünü göstərəcək.

Daxili rahatlıq və psixoloji sabitlik isə Xərçəng, Oxatan, Qız və Dolça bürclərində olanlara təsir edəcək. Bu bürclər daha çox sakitlik, mənəvi tarazlıq və özünü dinləmək ehtiyacı ilə qarşılaşacaq. Dinçer Günerin sözlərinə görə, bu dövr həmin şəxslər üçün həm fiziki, həm də zehni istirahət baxımından uyğundur.

Astrolog əlavə edir ki, bu enerjilərdən maksimum fayda əldə etmək üçün hər kəs öz şəraitinə uyğun şəkildə davranmalı, dəyişikliklərə açıq olmalı və daxili səsini dinləməlidir. Daha geniş proqnozları Dinçer Günerin sosial media hesablarından izləmək mümkündür.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
6
1
yenisabah.az

2Sources