EN

Mikayıl Cabbarov Nökərqulı Ataqulıyevlə görüşüb

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.

Nazir Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaratdığını deyib.

"Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etdik.

Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq, biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın və qarşılıqlı investisiya-ların təşviqi imkanlarını nəzərdən keçirdik", - deyə nazir qeyd edib.

???? #Azərbaycan və #Türkmənistan strateji tərəfdaşlığının güclənməsi #iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaradır.Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar… pic.twitter.com/l0FXdcvoid

— Mikayil Jabbarov (@MikayilJabbarov) July 28, 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
oxu.az

1Sources