EN

"Tesla" və "Samsung Electronics" 16 milyard dollarlıq çip müqaviləsi imzaladı

"Tesla" şirkətinin baş direktoru İlon Mask (Elon Musk) bildirib ki, ABŞ avtomobil istehsalçısı "Samsung Electronics" ilə 16,5 milyard dollar dəyərində çip tədarükü müqaviləsi imzalayıb.

Avtosfer.az xəbər verir ki, müqavilənin Cənubi Koreya şirkətinin zərər edən müqaviləli istehsalat bölməsinə təkan verməsi gözlənilir.

Maskın sözlərinə görə, "Samsung"un Texas ştatının Teylor şəhərində inşa etdiyi yeni zavod "Tesla"nın növbəti nəsil AI6 çiplərinin istehsalına həsr olunacaq. O, bu əməkdaşlığın strateji əhəmiyyətini yüksək qiymətləndirib.

Hazırda "Samsung", "Tesla" üçün A14 çiplərini istehsal edir. AI5 çipləri Tayvanda və Arizonada "TSMC" tərəfindən hazırlanacaq, AI6 isə növbəti mərhələdə istehsal olunacaq. Müqavilə 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.

Bu razılaşma "Samsung"un müqaviləli istehsalat sahəsindəki rəqiblərinə, xüsusilə "TSMC"yə qarşı mövqeyini gücləndirməyə kömək edə bilər. Bazar tədqiqatlarına əsasən, "Samsung" bu sahədə 8 faiz, "TSMC" isə 67 faiz paya malikdir.

Müqavilə xəbəri "Samsung"un səhmlərinin 6 faizdən çox bahalaşmasına səbəb olub. Analitiklər bu addımın şirkətin 2025-ci ilin ilk yarısında 5 trilyon vonu (3,6 milyard dollar) keçən zərərlərinin azaldılmasına töhfə verəcəyini bildirir.

Müqavilənin ABŞ ilə Cənubi Koreya arasında davam edən çip və texnologiya üzrə ticarət danışıqlarına təsiri isə hələlik qeyri-müəyyəndir.(valyuta.az)

Chosen
13
3
avtosfer.az

4Sources