Bakı. Trend:
Azərbaycanla Türkmənistan arasında qarşılıqlı investisiyalarıntəşviqi imkanları nəzərdən keçirilib.
Trend xəbərverir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosialşəbəkə hesabında paylaşım edib.
"Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsiiqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensialyaradır.
Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini NökərqulıAtaqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi vəhumanitar sahələrdə əməkdaşlıq üzrə birgə HökumətlərarasıKomissiyanın 8-ci iclasına həmsədrlik etdik.
Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq,biznes, ticarət, enerji, nəqliyyat, sənaye və kənd təsərrüfatısahələrində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqiimkanlarını nəzərdən keçirdik", - deyə paylaşımda qeyd edilib.