EN

Avtosalondan maşın alıb aldadılan vətəndaşa satcı görün nə dedi VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Sumqayıt şəhərində yerləşən "Mega Car" adlı avtosalondan avtomobil alan vətəndaş ciddi probblemlə qarşılaşıb.

Avtosfer.az xəbər verir ki, şikayətçi aldığı avtomobilin ilk gündən nasazlıqlarının ortaya çıxması və onun iradlarına reaksiya verilməməsi onu son anda mediaya müraciət etməyə vadar edib.

Vətəndaş maddi imkanlarının məhdud olduğunu bildirərək, etibarlı bir vasitə almaq məqsədilə salona müraciət etdiyini qeyd edib.

Şikayətçi problemin həll olunması üçün avtosalonun qarşısına gedərək məsələni qarşı tərəflə müzakirə etməyə çalışsa da, nəticə əldə edə bilməyib. Məlumata görə, danışıqlar zamanı gərginlik yaranıb, qarşılıqlı mübahisələr baş verib.

Avtomobili satan şəxs isə məsuliyyət daşımadıqlarını açıq şəkildə ifadə edərək, “Maşın bizdən çıxdı, daha heç bir cavabdehlik daşımırıq, qarantiya da verilmir,” – deyə cavab verib.

Hadisə sosial mediada da rezonans doğurub. Bir çox istifadəçi vətəndaşın haqlı olduğunu bildirərək avtosalonlardan avtomobil alarkən müştərilərin hüquqlarının qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, bu kimi halların qarşısını almaq üçün avtomobil alqı-satqısı zamanı müqavilə şərtlərinin diqqətlə oxunması, texniki baxış sənədlərinin təqdim olunması və qarantiya məsələlərinin əvvəlcədən aydınlaşdırılması tövsiyə olunur.

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
avtosfer.az

1Sources