EN

Azərbaycan–Türkmənistan iqtisadi münasibətlərində yeni əməkdaşlıq imkanları dəyərləndirilib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik ediblər.

Operativ Media xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda "Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığının güclənməsi iqtisadi münasibətlərimizin intensiv inkişafı üçün geniş potensial yaradır.

Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyevlə Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasına həmsədrlik etdik.

Birgə fəaliyyətin uğurlu nəticələrini məmnunluqla vurğulayaraq, biznes, ticarət, enerji, nəqliyyat, #sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın və qarşılıqlı #investisiya-ların təşviqi imkanlarını nəzərdən keçirdik", - deyə qeyd olunub.

Chosen
43
11
operativmedia.az

10Sources