EN

Vətən müharibəsi iştirakçısının evi yandı

0Samuxda yanğın olub.

XəzərNews.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində baş verib. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü E.Yediyarova məxsus olan yaşayış evində yanğın hadisəsi qeydə alınıb. Dərhal hadisə yerinə FHN əməkdaşları cəlb edilib. Yanğın söndürülüb, ev əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Yanğının qısaqapanmadan baş verdiyi bildirilir. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, E.Yediyarov Vətən müharibəsi iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.



Xəbər 1 dəfə oxunub.
Chosen
77
5
xezernews.az

6Sources