EN

Kremldən təşəkkür mesajı Minnətdarıq

News24 saytından alınan məlumata görə, ain.az bildirir.

Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın əvvəlində Çinə səfər edəcək, lakin Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş planlaşdırılmayıb.

Bu barədə News24.az Huriyyet-ə istinadən xəbər verir. 

Peskov qeyd edib ki, əgər Tramp da həmin tarixdə Çinə gedərsə, iki liderin görüşməsi istisna olunmur, amma bu yöndə hələlik heç bir hazırlıq yoxdur və əvvəlcə ekspertlər səviyyəsində iş aparılmalıdır.

Putin-Tramp görüşünün Türkiyədə keçirilməsi ehtimalına toxunan Peskov, Prezident Rəcəb Tayyib Ərdoğanın bu məsələdə siyasi iradə nümayiş etdirdiyini vurğulayıb, lakin konkret addımların olmadığını bildirib.

O, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların Türkiyənin ev sahibliyində aparıldığını xatırladaraq, “Türkiyə hər iki tərəf üçün məqbul vasitəçidir. Ankara və Türkiyə rəhbərliyinə bu məsələnin həlli istiqamətindəki təşəbbüslərinə görə minnətdarıq. Danışıqlar üçün yaratdıqları şəraitə görə də təşəkkür edirik”, – deyə qeyd edib.

Peskov, Rusiya tərəfinin danışıqları davam etdirmək niyyətində olduğunu və üçüncü raund üçün onlayn şəkildə işləyəcək üç işçi qrupu yaratmağı təklif etdiklərini, hazırda Ukrayna tərəfindən cavab gözlədiklərini də əlavə edib.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
10
news24.az

10Sources