EN

Çində virus təşvişi: 4 min nəfəri keçdi

Çinin cənubundakı Guangdong əyalətinin Foşan şəhərində ağcaqanadlar vasitəsilə yayılan chikungunya virusuna yoluxanların sayı son iki həftədə 4 min 14 nəfərə çatıb. Yoluxmaların 90%-i şəhərin Şunde bölgəsində qeydə alınıb.

News24.az xəbər verir ki, səhiyyə qurumları xəstələrin xəstəxanalarda cibinlik altında qorunduğunu bildirib. Ümumdünya Səhiyyə Təşkilatına görə, virusun inkubasiya dövrü 2–7 gündür və əsas simptomları qızdırma, oynaq ağrısı və dəridə səpgilərdir. Ölüm riski aşağı olsa da, yaşlı və immun sistemi zəif olan şəxslər üçün təhlükəli ola bilər.

Yerli orqanlar epidemiyanın yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görüb. Yaklaşık 7 min 220 xüsusi qorunan çarpayı ayrılıb, bu say daha da artırılır. 53 xəstəxanada PCR test imkanları gücləndirilib və müsbət hallar 2 saat içində rəqəmsal sistemlə bildirilir.

Sakinlərə dayanıqlı suların (klimatizasiya boruları, saksı altlıqları və s.) təmizlənməsi, sineklik istifadəsi, uzun geyimlər geyinmək və sivrisinek kovuculardan istifadə etmək tövsiyə edilib. Qaydaları pozanlara 10 min yuanadək (təxminən 2,300 manat) cərimə tətbiq olunacağı bildirilib.

1952-ci ildə Tanzaniyada aşkarlanan bu virus Aedes aegypti və Aedes albopictus adlı ağcaqanadlarla yayılır. Yoluxmadan sonra ani yüksək hərarət, şiddətli oynaq ağrısı, halsızlıq və səpgilər yaranır. Bəzi hallarda ağrılar aylarla davam edə və revmatizmal təsir göstərə bilər.

Hazırda virus üçün təsdiqlənmiş iki peyvənd mövcuddur, lakin yoluxma halında tez tibbi müdaxilə tövsiyə olunur.

Xeyrənsə Piriyeva

Chosen
60
1
news24.az

2Sources