EN

Starmer Trampla görüşəcək

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Şotlandiyada ABŞ Prezidenti Donald Trampla görüşəcək.

 BBC-yə istinadən xəbər verir ki, danışıqlarda əsas mövzular Qəzzada atəşkəsin təmin olunması və trans-Atlantik ticarət məsələləri olacaq.

Liderlərin, həmçinin Böyük Britaniya ilə ABŞ arasında imzalanmış ticarət sazişinin icrası üzrə irəliləyişləri də nəzərdən keçirməsi gözlənilir.

Dauninq Stritdən verilən açıqlamada bildirilib ki, Baş nazir Yaxın Şərqdə atəşkəsin təcili təmin olunması üçün daha nələrin edilə biləcəyi mövzusunu müzakirəyə çıxaracaq. Görüş Trampın Şotlandiyanın Ayrşir bölgəsində yerləşən Turnberri qolf kurortunda baş tutacaq.

"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
41
1
cebheinfo.az

2Sources