EN

Azərbaycan Türkiyəyə qaz nəqlini 2 %-ə yaxın artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 4 milyard 772,06 milyon kubmetr təbii qaz ixrac edilib.

Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 1,9 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 4 milyard 598,41 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 173,65 milyon kubmetr isə spot əsasında tədarük edilib.

Bu ilin may ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 56,99 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,8 % çoxdur. Bu dövrdə 989,06 milyon kubmetr qaz uzunmüddətli əsasda ixrac təşkil edib, 67,93 milyon kubmetr isə spot mexanizmi üzrə olub.

Bununla da may Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 29,8 %-i Azərbaycanın payına düşüb.

Xatırladaq ki, ötən ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib.

Chosen
23
4
aznews.az

5Sources