EN

Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycana idxalı qaydasında dəyişiklik edilib

“Dərman vasitələrinin humanitar məqsədlər üçün Azərbaycan Respublikasına idxalı Qaydası”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, humanitar məqsədlər üçün Azərbaycan ərazisinə gətirilən dərman vasitələri gömrük məntəqələrində rəsmiləşdirilərkən həmin dərman vasitələrini gətirən ərizəçilər Nazirlər Kabinetinin razılığını gömrük orqanlarına təqdim etməlidirlər.

Əvvəlki qanunvericilikdə Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı tələb olunurdu.

Chosen
47
29
banker.az

10Sources