EN

“Bend It Like Beckham” filminin davamı çəkiləcək

Britaniyalı rejissor Qurinder Çadha 2002-ci ildə yayımlanan “Beckham kimi əyilmək” (“Bend It Like Beckham”) filminin davamı üzərində işləyir.

Kulis.az xəbər verir ki, yeni layihədə də əsas xətt dəyişmir – Cess Bhamranın sərt, ənənəçi valideynlərinin idealları ilə onun peşəkar futbolçu olmaq arzusu arasındakı daxili və ailəvi qarşıdurma bir daha ekranlaşdırılacaq.

Qurinder Çadha, həmçinin filmin orijinal heyətini – Parminder Naqra, Kira Naytli, Arçi Panjabi və digər tanınmış simaları yenidən layihəyə cəlb etmək niyyətindədir.

Xatırladaq ki, “Beckham kimi əyilmək” təxminən 6 milyon dollarlıq büdcə ilə çəkilib və dünya üzrə 76 milyon dollardan çox gəlir əldə edərək kult statusu qazanıb.


Chosen
19
1
kulis.az

2Sources