Klubumuz qarşılıqlı razılıq əsasında Şervoni Mabatşoev ilə müqaviləyə xitam verib. Tacikistanlı futbolçu ötən mövsümün qış fasiləsində komandamıza cəlb olunub. Yarımmüdafiəçi 15 çempionat oyununda 2 qol vurub.
Klubumuz xidmətlərinə görə Mabatşoevə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır.