EN

Azərbaycandan Türkiyəyə nəql olunan qaz 2 % artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 4 milyard 772,06 milyon kubmetr təbii qaz ixrac edilib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, 2024-cü ilin ilk 5 ayı ilə müqayisədə 1,9 % çoxdur.

Bu müddət ərzində Azərbaycandan qaz ixracının ümumi həcmindən 4 milyard 598,41 milyon kubmetr uzunmüddətli razılaşma əsasında, 173,65 milyon kubmetr isə spot əsasında tədarük edilib.

Bu ilin may ayında isə Azərbaycandan Türkiyəyə ümumilikdə 1 milyard 56,99 milyokubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin eyni ayı ilə müqayisədə 4,8 % çoxdur. Bu dövrdə 989,06 milyon kubmetr qaz uzunmüddətli əsasda ixrac təşkil edib, 67,93 milyon kubmetr isə spot mexanizmi üzrə olub.

Chosen
22
4
operativmedia.az

5Sources