Müştəri aldadılmasına qarşı QANUNSƏRTLƏŞDİRİLMƏLİDİR
Deputat Vüqar Bayramov məsələ ilə bağlı Ajans.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması ilə bağlı ayrıca qanun fəaliyyət göstərir. Bu qanun ilə istehlakçıların hüquqlarının qorunması həyata keçirilir. Mütəmadi olaraq, qanunvericilikdə tənzimləyici tədbirlər görülür. Bu sahədə beynəlxalq praktika nəzərə alınmaqla, mühüm addımlar atılır. Vüqar Bayramov açıqlayıb ki, bu istiqamətdə, xüsusilə, süni qiymət artımının qarşısını almaq və süni reklamların qadağan edilməsi qanunla daha ciddi şəkildə tənzimlənməlidir. Digər ölkələrdə bu tip reklamlara icazə verilmir. Hətta Rusiyada belə, bunu müşahidə edə bilərik. Deputat qeyd edib ki, bütünlükdə istehlakçıların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin gücləndirilməsi hər zaman prioritetdir. Buna görə də, Azərbaycanda ayrıca qanun qəbul edilib və qüvvədədir. Lakin əlavə təkmilləşdirmə işlərinə də ehtiyac var.
