ain.az xəbər verir, News24 saytına əsaslanaraq.
İyulun 26-da və 27-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 26, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Narkotiklərlə əlaqədar 27, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyatı üzrə, dələduzluğa görə axtarışda olan 5 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.