Tailandın paytaxtı Banqkokda bazarda baş verən atışma nəticəsində azı 6 nəfər ölüb.
Sitat.info xəbər verir ki, hadisə yerli vaxtla bazar ertəsi səhər saatlarında kənd təsərrüfatı məhsulları və yerli ərzaqların satıldığı Or To Ko bazarında baş verib.
Hücumçunun daha sonra intihar etdiyini açıqlanıb. Ölənlər arasında dörd təhlükəsizlik işçisi və bir qadın var.
Faktla bağlı araşdırma aparılır, lakin hücumun motivi və hücum edənin kimliyi hələlik açıqlanmır.