Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin I Liqa təmsilçisi "Çorum FK" ilə yollarını ayırıb.
90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı futbolçu ilə klub arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Coşqun Diniyev 2024-cü ilin fevral ayında "Çorum" klubuna transfer olunmuşdu. Bu müddət ərzində o, komandanın heyətində bir neçə oyunda iştirak edib.