Bakı–Quba yolunun üzərində yerləşən və hamının tanıdığı məşhur “5 barmaq piri”ndəki namazgah baxımsız və bərbad durumdadır.
Newscenter.az xəbər verir ki, bunu Quba sakini Əliabbas Məhərrəmli deyib. O bildirib ki, hər gün yüzlərlə turist və səyyahın dayanıb dincəldiyi bir məkan kimi tanınan burada, Quba–Bakı istiqamətindəki məscid səliqəli və təmiz olduğu halda, əks istiqamətdə – Bakıdan Qubaya gedən yolda yerləşən iki otaqlı namazgah barədə eyni fikri söyləmək mümkün deyil:
"İllərdir baxımsız, kirli və toz içindədir. Yolçular səcdəyə baş qoymağa təmiz yer tapa bilmirlər".
Əliabbas Məhərrəmli, "Bu əraziyə hansı qurum cavabdehdirsə, xüsusilə Siyəzən Rayon İcra Hakimiyyətindən xahiş edirəm bu məsələyə diqqət göstərsinlər. Ərazini təmsil edən deputat Musfiq Məmmədlidən xahiş edirəm ki, məsələ ilə maraqlansın və bu müqəddəs məkana layiq şərait yaradılsın".
Süleyman