EN

Rusiyada turist avtobusu qəzaya uğrayıb

Bakı. Trend:

Rusiyanın Başqırdıstan respublikasında turist avtobusunun qəzayauğraması nəticəsində 20-dən çox insan xəsarət alıb.

Trend xəbər verirki, bu barədə Başqırdıstanın səhiyyə naziri Ayrat Raxmatullinməlumat verib.

Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin açıqlamasına görə,qəza sürücünün idarəetməni itirməsi səbəbindən baş verib.

Qeyd olunub ki, avtobusda 43 sərnişin – o cümlədən 7 uşaq olub.Onlar Udmurtiyanın İjevsk şəhərindən gələn turistlərdir.

Hadisə yerinə tibbi yardım və xilasedici qruplar cəlb olunub.Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Chosen
10
az.trend.az

1Sources