Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Vaşinqton”un hücumçusu Lars Eller komanda yoldaşı Aleksandr Oveçkinin MHL-də snayperlik rekordu müəyyənləşdirəndən sonra klubun bütün təmsilçilərinə hədiyyə verməsindən danışıb:
“Ovi hər kəs üçün “Hublot” saatı aldı. Xüsusi sifariş əsasında hazırlanmış. Özü də təkcə oyunçular yox, məşqçilər və klub personalı üçün də”.
Xatırladaq ki, Oveçkin aprelin 6-da müntəzəm çempionatda 895-ci qolu vurmaqla Ueyn Qretskinin uzunömürlü rekordunu (894) yeniləyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.