Ajans.az xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının sədri Oleq Qriqorov məlumat yayıb. Vilayət başçısı bildirib ki, hadisə yerli vaxtla saat 16:30 radələrində İvoljanskoye kəndi yaxınlığında baş verib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb. Yaralılardan bir qadının vəziyyəti son dərəcə ağırdır. Avtobusda ümumilikdə 39 sərnişinin olduğu bildirilir.