EN

ABŞ Aİ ilə ticarət sazişi imzaladı

ABŞ Avropa İttifaqı ilə ticarət sazişi imzalayıb.
 
Moderator.az RBK-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Şotlandiyada Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə söhbətindən sonra bildirib.
 
Onun sözlərinə görə, Aİ ABŞ-nin 750 milyard dollar məbləğində enerji resurslarını almağa və ABŞ iqtisadiyyatına daha 600 milyard dollar investisiya qoymağa razılaşıb.
 
Bu razılaşma Aİ-yə 30%-lik gömrük rüsumlarından yayınmağa imkan verəcək. Müqaviləyə əsasən, ABŞ avtomobillər də daxil olmaqla, Aİ-dən idxala 15% rüsum tətbiq edəcək, Brüssel isə öz bazarlarını sıfır tariflər ABŞ ixracatına açacaq.
Chosen
16
moderator.az

1Sources