EN

Tramp Aİ üçün rüsumları azaltmaqdan imtina etdi

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı (Aİ) üçün rüsum səviyyəsini 15%-dən aşağı salmaq niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu bəyanatla o, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen ilə görüşdə çıxış edib.

"Daha yaxşı daha aşağı deməkdir? Xeyr", - ABŞ lideri jurnalistin "Aİ-yə 15%-dən daha yaxşı rüsum dərəcəsi təklif edə bilərsinizmi?" sualına cavab verərkən bildirib.

Xatırladaq ki, daha əvvəl Tramp 1 avqustdan etibarən Avropa İttifaqından idxal edilən mallara 30% rüsum tətbiq ediləcəyini elan edib. Onun sözlərinə görə, əgər Avropa ölkələri buna güzgü reaksiyası verərsə, ABŞ bu rəqəmi də öz tariflərinə əlavə edəcək.
Chosen
126
1
sherg.az

2Sources