EN

Makronla telefonla danışdılar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Publika.az xəbər verir ki, həmsöhbətlər əsas diqqəti Yaxın Şərqdəki, xüsusən də Qəzza zolağındakı vəziyyətə yönəldiblər.

Prezident Ərdoğan Fələstin-İsrail münaqişəsinə ən qısa zamanda son qoymağın əhəmiyyətini vurğulayaraq, “iki dövlət” prinsipini bu regionda davamlı sülhün əsası adlandırıb.

Türkiyə lideri rəsmi Parisin Fələstin dövlətinin tezliklə tanınması barəqə qərarını alqışlayıb.

Həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski də fransalı həmkarı Emmanuel Makronla danışıb.

Bu barədə Ukrayna prezidentinin "Telegram" kanalı məlumat yayıb.

Chosen
53
6
publika.az

10Sources