EN

Yunanlı müdafiəçi "Liverpul"dan ayrılır

Yunan müdafiəçi Konstantinos Tsimikas yay transfer pəncərəsində "Liverpul"dan ayrıla bilər.

90deqiqe.Az-ın "Give Me Sport" nəşrinə istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu karyerasında yeni bir çağırışa hazırdır və klub dəyişikliyini ciddi şəkildə nəzərdən keçirir.

Tsimikasın "Liverpul"la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, İngiltərə təmsilçisinə 2020-ci ildə transfer olunub. Geridə qalan mövsümdə müdafiəçi bütün turnirlərdə ümumilikdə 29 oyunda iştirak edib və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, futbolçunun bazar dəyəri hazırda 18 milyon avro təşkil edir.

Chosen
56
90deqiqe.az

1Sources