Şotlandiyada yüzlərlə insan ABŞ prezidenti Donald Trampın səfərinə etiraz olaraq küçələrə çıxıb.
Operativ Media xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat verib.
Məlumata görə, insanlar Edinburq və Aberdin şəhərlərində toplaşıblar.
Etirazçılar Amerika liderinə qarşı yönəlmiş şüarlar yazılmış plakatlarla yanaşı, əllərində Fələstin bayraqları tutub.
Qəzza zolağının azad edilməsini tələb ediblər.