EN

“Şəhid alələri və qazilərə diqqət nazirin əsas xüsusiyyətlərindən biridir”

“Son günlər bəzi sosial şəbəkə istifadəçiləri və əsas qayğısı baxış sayı artırmaq olan jurnalistlər tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Adil Kərimli hədəfə alınıb. Onun hədəfə alınmasının əsas səbəblərindən biri kimi güya jurnalistlərdən qaçması, onların suallarina cavab verməkdən imtina eləməsi göstərilir. Lakin bunun yalan olması sübuta ehtiyacı olmayan reallıqdır”. 

Bu fikirləri  “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nın sədri Emin Həsənli açıqlamasında bildirib. 

Onun sözlərinə görə, Adil Kərimli bu günə qədər tutduğu bütün vəzifələrdə öz peşəkarlığı, problemlərə operativ və həssas yanaşması ilə seçilib. 

“Adil Kərimli tutduğu vəzifələrdə həmişə öz peşəkarlığını və işgüzarlığını göstərib. Bir məsələni də qeyd etməyi vacib sayıram. O, həmişə şəhid alələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərib. Bir məmur kimi bu, onun ən əsas xüsusiyyətlərindən biridir.

İşğaldan azad olunan rayonların Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə qeyd olunan azad olunma günlərində xüsusi tədbirlərin yüksək səviyyədə təşkil olunması, bu tədbirlərə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının dəvət olunmasının diqqətdə saxlanılması, ümumiyyətlə, bu mövzuya mədəniyyət nazirinin xüsusi həssalıqla yanaşması qeyd olunmalıdır”.  
qaynarinfo.az

Emin Həsənli Adil Kərimlinin mədəniyyət naziri olmazdan əvvəl də bir çox uğurlara imza atdığını xatırladır:

“Hazırda mədəniyyət naziri olan Adil Kərimli bir vaxtlar İştimai Televiziyanda çalışıb və Azərbaycanın Avroviziya komandasının rəhbəri olub. Məhz onun rəhbərliyi dövründə düzgün qurulmuş strategiya nəticəsində Azərbaycan bu mötəbər müsabiqənin qalibi olub və bu beynəlxalq yarışa ev sahibliyi edib. 

O, Heydər Əliyev Mərkəzində faəliyyət göstərdiyi vaxtlarda da şəhid ailələrinə, qazilərə xüsusi diqqətlə yanaşıb. Mən özüm də onun təçkilatçılığı ilə keçirilən belə tədbirlərdə iştirak etmişəm və onun bu həssas təbəqədən olan insanlara qayğı ilə yanaşmasının şahidi olmuşam. 

Bu gün Adil Kərimliyə qarşı hücumlar əsassızdır və onun fəaliyyətinə kölgə salmaq məqsədi ilə edilir. Amma əminəm ki, məqsədə nail ola bilməyəcəklər. Çünki Adil Kərimliyinin fəaliyyəti göz qabağındadır və o, həmişə öz fəaliyyətində şəffaf və dürüst olub”.

Chosen
60
herbiand.az

1Sources