ABŞ prezidenti Donald Tramp KXDR-in nüvəsizləşdirilməsi məqsədinə nail olmaq üçün Şimali Koreya lideri Kim Çen Inla işləməyə açıqdır.
Publika.az xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyinə Ağ Evin sözçüsü məlumat verib.
"Prezident bu məqsədləri qoruyur və Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmaq üçün sədr Kim ilə işləməyə açıqdır", - Ağ Ev rəsmisi bildirib.
O xatırladıb ki, Trampın ilk prezidentlik dövründə Kim Çen Inla üç görüşü olub. Bu, Koreya yarımadasındakı vəziyyəti sabitləşdirib və iki ölkə liderləri səviyyəsində nüvəsizləşdirməyə dair ilk sazişin imzalanmasına gətirib çıxarıb.