EN

“O, məni vururdu, mən də onu” – “Zirə”nin qənimi “Sportinfo”ya proqnoz verdi

“Zirə” Konfrans Liqasına qələbə ilə başlaya bilmədi.

“Hayduk”la Bakıdakı qarşılaşmanın ilk yarısında qol vuran “qartallar” fasilədən sonra öz qapısından top buraxıb Xorvatiyaya qalibiyyətlə yollanmaq şansını əldən verdi.

Matçın ən yaxşılarından olan, Split təmsilçisinin qoluna adını yazdıran Entoni Kalik Sportinfo.az-a müsahibə verib.

- 1:1-ə görə məmnunsunuz sanki.

- Təbii ki, əla nəticə deyil. Lakin kafi qiymətləndirmək də doğru olmaz. Səfərdə, ağır keçən oyunda məğlubiyyətdən qaçmaq xoş haldır. Nəzərə alaq ki, Splitdə daha bir oyun olacaq.

- İlk hissədə “Zirə”nin üstün görünməsinin səbəbi nədir?

- Belə olması normaldır. Səfərdə, alışmadığımız meydanda oynayırdıq. Üstəlik, rəqib durmadan pressinq edirdi. Ancaq yenə də oyun planında onlardan geri qaldığımızı düşünmürəm. Fasilədən sonra təzyiqi artırmaqla rəqibi səhv etməyə məcbur etdik.

- Cavab görüşünü necə təsəvvür edirsən?

- Qələbə qazanacağlımızı təxmin edirəm. Daha doğrusu, qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki 30-35 min azarkeşin qarşısında uduzmaq haqqımız yoxdur. “Zirə” üçün çətin olacaq.

- Qol vurmaq üçün alışıb-yanırdıq. Sanki adını tabloya yazdıracağını hiss etmişdin.

- Cinah ötürmələrindən qol vurmağı sevirəm və bunu yaxşı bacarıram. Məşqlərdə bunun üstündə çox işləmişdik. Bir-iki epizodda alınmasa da, axır ki, alındırdım (gülür).

- “Zirə” sizi təəccübləndirməyi bacardı?

- Möhkəm komandadır. Oyunlarına baxmışıqdıq və bilirdik ki, sürətli əks-hücumlar edir, mübarizə aparmağı xoşlayırlar. Baş məşqçiləri 5 ildir burada çalışır. Hiss olunur ki, komandada sistem var.

- Rəqib komandadakı həmkarın Gima ilə tez-tez sözünüz çəp gəlirdi. Davamını Splitdə görəcəyik deyəsən.

- Futbolda belə hallar qaçılmazdır. O, məni vururdu, mən də onu. Yaxşı futbolçudur, oyun üslublarımız oxşardır. Gələn həftə Splitdə yenidən üz-üzə gələcəyik.

HƏBİB

Chosen
14
sportinfo.az

1Sources