“Azərbaycan Rusiyadan o qəzanın məsuliyyətini üzərinə götürməsini gözləyir”
“Azərbaycanla Rusiya arasında münasibətlərdəki bu vəziyyət AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə yaranıb”.
Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.