EN

Yaxın gələcəkdə Ermənistan İranı Qərbə satacaq — AÇIQLAMA

“İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri indi hər iki tərəf üçün böyük önəm daşıyır. Çünki son vaxtlar rəsmi İrəvan İranın maraqlarına zidd addımlar atır”.

Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, xüsusən Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyət, nə qədər təkzib etsələr də, Paşinyan hökumətinin dəhlizə nəzarət üçün ABŞ ilə danışıqlar aparması İranda ciddi narahatlıq doğurur:



“Çünki İran Zəngəzur dəhlizinin açılmasını istəmir, üstəlik, ABŞ hərbçilərinin əraziyə yerləşdirilməsi ehtimalından narahatdır. Ona görə son vaxtlar rəsmi Tehrandan Ermənistana mesajlar göndərilir. İrəvan isə İranın maraqlarına təhlükə törədəcək anlaşmaya razı olmayacaqlarını bildirirlər. Halbuki Ermənistan belə bir dövlət deyil, hər an öz müttəfiqlərini sata biləcək dövlətdir. Biz bunu artıq bir dəfə Rusiyaya xəyanət edərək Qərbə qaçma prosesində gördük. İrana qarşı da eyni addımın atılacağı istisna deyil, Ermənistan əvvəl-axır, yaxın gələcəkdə İrana arxa çevirəcək, xəyanət edəcək və İranı Qərbə satacaq”.

Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
27
1
demokrat.az

2Sources