EN

Millinin baş məşqçisi aşağı liqa klubunda - SON DƏQİQƏ

19 yaşadək qadın futbolçulardan ibarət millimizin baş məşqçisi Həbib Ağayev özünə ikinci iş yeri tapıb.

O. bundan sonra paralel olaraq «Qaradağ-Lökbatan»da çalışacaq.

Vaxtilə «Neftçi»də Samir Əliyevin köməkçisi olmuş mütəxəssis indi eyni işi Kamal Quliyev üçün görəcək. Yaxınlarda qəsəbə təmsilçisinin sükanı arxasına keçmiş K.Quliyev onu özünə əsas yardımçı götürüb.

Bu il I Liqada yerini itirmiş «Qaradağ» gələn sezon II Liqada yarışacaq. Yeni baş məşqçinin qarşısına qoyulan tapşırıq komandanı bir üst liqaya qaytarmaqdır.

Kamal Quliyev bu vəzifəsinin öhdəsindən gəlmək üçün Musa Rəhimov və Etibar Şükürovu da özünə yol yoldaşı seçib.

SPORTİNFO.AZ

Chosen
10
sportinfo.az

1Sources