EN

Moskvada Ukraynanın iki pilotsuz təyyarəsi vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın hücumlarının qarşısını uğurla almağa davam edir.

Publika.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin bildirib.

Mer deyib ki, iyulun 26-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Moskvaya növbəti hücum cəhdi edib, lakin buna nail ola bilməyiblər. Rusiya hava hücumundan müdafiə sistemləri Ukrayna Silahlı Qüvvələri tərəfindən buraxılan iki pilotsuz təyyarəni məhv edib. Digər təfərrüatlar hələlik verilməyib.

Eyni zamanda, hava hücumundan müdafiə qüvvələri Rusiyanın digər regionları üzərində Ukrayna pilotsuz təyyarələrini zərərsizləşdirməyə davam edir. Ötən gecə 54 pilotsuz təyyarə bir anda vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Chosen
9
publika.az

1Sources