EN

Şuşada yanğın başladı: minalar partladı

 

Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.

Sitat.info xəbər verir ki, əraziyə FHN-nin yanğınsöndürən briqadaları cəlb olunub.

Aparılan tədbirlər nəticəsində yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.

Aparılan işlər nəticəsində yanğın söndürülüb.

 

Chosen
63
4
sitat.info

10Sources