Azad edilmiş ərazilərdə növbəti yanğın hadisəsi Şuşa rayonu Qala Dərəsi adlanan ərazisində baş verib.
"Report"un Qarabağ bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub, yanğının meşə ərazisinə keçməsinin qarşısını alıb.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın nəticəsində ərazidə bir neçə mina partlayışı da müşahidə edilib.
Aparılan işlər nəticəsində yanğın söndürülüb.