"Atamın vəziyyəti eynidir, reanimasiyadayıq. Ümidlə gözləyirik, inşallah, yaxşı olar. Hissiyyat var, əlini-qolunu tərpədir".
Moderator.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev deyib.
O qeyd edib ki, Arif Babayevin sağlamlıq vəziyyəti və müalicə prosesi ilk gündən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın xüsusi diqqətindədir:
"Eyni zamanda, Heydər Əliyev Fondunun rəhbərliyi tərəfindən məsələ nəzarətdədir. Dünən mədəniyyət naziri və müavinləri burada idi, maraqlandılar. Demək olar ki, hər kəs maraqlanır. Anar Ələkbərov ilk göstəriş verən şəxslərdən biridir. Hər birinə ayrılıqda təşəkkür edirəm".