Türkiyə İstanbulda təşkil edilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində KAAN qırıcı təyyarələrinin ixracı üzrə ilk müqaviləni imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Belə ki, İndoneziya Müdafiə Nazirliyi ilə imzalanan müqaviləyə əsasən, 48 ədəd KAAN - ilk milli istehsal olan türk qırıcı təyyarəsi bu ölkəyə ixrac ediləcək.