EN

Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva yeyinti edib – ŞOK təfərrüatlar

Müşahidələr göstərir ki, qadın məmurlar etimadı doğrulda bilmirlər. Abşeron-Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva yeyinti edib.

Bu barədə Maliyyə və Elm və Təhsil Nazirliyi birgə məlumat yayıb. Bu yeyinti tabeliyində olan 103 ümumi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir.

NOCOMMENT.az bildirir ki, bu barədə jurnalist Arifə Əliyeva öz feysbuk hesabında paylaşım edib.

“Hələ bir zamanlar mən “reportyor.info” -da İlamə Abdullayevanın övladına dəbdəbəli toy etməsini yazmışdım.Həmin zaman toy Bakının ən elit şadlıq saraylarından biri olan “Elite Event Hall”da baş tutmuşdu.

Hələ,idarə müdirinin İsveçrəyə getdiyi və oradan övladı üçün cehiz aldığı da məlumatlar sırasında idi.

Bundan başqa mənim yaşadığım Xırdalan şəhəri “Kristal -1” yaşayış kompleksində İlhamə Abdullayevanın şəxsi gözəllik salonu fəaliyyət göstərir.

Özünü bir neçə dəfə ora xidmətu avtomibili ilə gələndə görmüşəm.

Bəs,İlamə Abdullayevanın bu qədər şişməsini Elm və Təhsil Nazırliyi görmürdü?

Bütün qohumlarını Təhsil sektorunda vəzifəyə təyin etməsini Təhsil Naziri Emin Əmrullayev görmürdü?

Yoxsa, şöbə müdrəsinin arxasında duran “Körpü-Bina-Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşovun verdiyi “pullar”gözlərini bağlaylrdı?

Məlumatlara görə, Xəlil Göyüşov İlhamə Abdullayevanın dayısıdır. Onun qardaşı Qədim Göyüşovun da Abşeron-Xızı Regional Təhsil İdarəsində məsləhətçi işlədiyi bildirilir.

Hələlik bu qədər…”

Chosen
35
2
nocomment.az

3Sources